Bu şəxslərə şad xəbər: Maaşları 190 manat artdı - RƏSMİ
2023-cü ildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 1 500-dən çox əməkdaşına təxminən 300 min manat bonus ödəyib.
Gender.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.
"Bu, hər bir əməkdaşın aylıq gəlirinin orta hesabla 190 manat artması deməkdir",- məlumatda qeyd olunub.
Xatırladaq ki, “Azərpoçt” ötən ildən əməkdaşlarının aylıq gəlirlərinin artırılması üçün bonus sisteminin tətbiqinə başlayıb.
Tarix: 09 fevral 2024
Baxış: 137
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş