Xəbər lenti
Reklam
"Veb-kamera qoymaq insanları güdmək deyil" — MSK sədri

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov veb-kamera quraşdırılmasının insanları güdmək olmadığını bildirib.

Gender.Az xəbər verir ki, O, qurumun bu gün keçirilən iclasında ötən gün veb-kameraları izləyəndə fərqi özünün də müşahidə etdiyini deyib:

"Əsas məsələ odur ki, səsvermə günü heç bir xoşagəlməz hal baş verməsin. Tam arxayınam ki, səsvermə şəffaf keçiriləcək".

MSK sədri vurğulayıb ki, səsvermə kabinəsinin içərisini çəkmək üçün ən az 10 kamera lazımdır: "Guya iddia edirlər ki, insanları güdmək üçün məntəqəyə kamera quraşdırılır. Bu iradlar absurddur, bəhanədir. Veb-kamera qoymaq insanları güdmək deyil".

\\Demokrat.az

Tarix: 01 fevral 2024
Baxış: 140

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş