Azərbaycanda benzin və dizellə bağlı VACİB XƏBƏR
Ötən il Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 526,8 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 7,3% artıb.
Gender.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.Məlumata görə, hesabat dövründə neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 31,6%, avtomobil benzininin istehsalı 13,4 faiz, qazoylların (dizel yanacağının) istehsalı 12,3%, neft koksunun istehsalı 10% artıb.Qeyd olunur ki, 2023-cü ildə ölkədə neft bitumu istehsalı 19,1%, mazut istehsalı isə 92,7% azalıb.Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri | 2023-cü ildə istehsal edilib | Əvvəlki ilə nisbətən, faizlə | 01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton | 1 464,2 | 113,4 | 45,9 |
Ağ neft, min ton | 594,4 | 104,1 | 26,2 |
Qazoyllar (dizel yanacağı), min ton | 2 311,2 | 112,3 | 77,2 |
Mazut, min ton | 5,7 | 7,3 | 1,7 |
Sürtkü yağları, min ton | 59,1 | 131,6 | 3,0 |
Maye qazlar, min ton | 236,4 | 96,8 | 4,1 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton | 1 119,3 | 84,5 | 57,6 |
ondan: |
neft bitumu, min ton | 277,7 | 80,9 | 5,1 |
neft koksu, min ton | 231,6 | 110,0 | 48,1 |
Tarix: 17 yanvar 2024
Baxış: 102
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş