VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Kreditlər haqqında bilmədikləriniz var - Banklar sizdən bunu tələb edirlərsə...
Vətəndaşlar müxtəlif banklardan kredit götürmək istədikləri zaman əgər başqa bir banka borcları varsa, bank onlara şərt qoyur ki, bizdən götürdüyün pulla həmin bankın borcunu sıfırlamalısan. Bu qanunən doğrudurmu?
Banklar belə bir tələb irəli sürə bilər? Bu proses necə olmalıdır?
Milli Məclisin deputatı Vüqar Bayramov Referans.Az-a verdiyi açıqlamasında bu sualları cavablandırıb.
“Bu məsələ bankların tələbləri ödəmə qabiliyyəti ilə bağlıdır. Belə ki, banklar kredit verən zaman vətəndaşın gəlirlərinə və öhdəliklərin gəlirlərindən yüksək olmamasına diqqət edirlər. Çünki məsələ bundan ibarətdir ki, kreditin cəlb edilməsi bankla üçün kredit təqdim edilən zaman banklar təbii ki, riski azaltmağa çalışırlar. Buna görə də bu məsələ banklar tərəfindən hər hansı öhdəliyin bağlanmasının tələb olunması qanunvericiliklə doğru deyil. Banklar kredit üçün müraciət edən şəxsə hər hansı bir öhdəliyin bağlanmasını tələb edə bilməz”.
Deputat qeyd edib ki, vətəndaşın gəliri çoxdursa, onun bir bankdan kredit götürməsi ödəmə qabiliyyətinə ciddi təsir göstərmirsə, digər banka müraciət edərək ikinci krediti aça bilərlər.
Vüqar Bayramov son olaraq vurğulayıb ki, banklar vətəndaşların hansı öhdəliklərinin olmasını deyil, bu öhdəliklər fonunda ödəmə qabiliyyətinin olub-olmamasına diqqət yetirməlidirlər.
Fidan Vəlisoy