Sürücülərə müraciət - 40 manat cərimələnə bilərsiz
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.
Gender.Az xəbər verir ki, müraciətdə deyilir:
“Bəzi sürücülər hava şəraitini nəzərə almır və yağıntılı havalarda yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq yol kənarında dayanan piyadaların üst-başlarını batırırlar.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 1.5 bəndində bu məsələnin həlli öz təsdiqini tapıb. Bununla bağlı sürücü məsuliyyətə cəlb olunmaqla, ona protokol tərtib edilir. Bütün sürücülərin nəzərinə çatdırırıq ki, bu qaydanı pozan hər kəsə 40 manat miqdarında cərimə tətbiq olunacaq”.
Tarix: 16 yanvar 2024
Baxış: 89
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş