Xəbər lenti
Reklam
6 ildir ailə quran Nicat Rəhimov arzusunu açıqladı

"Heç vaxt pis insan ola bilmərəm. Hər zaman çalışmışam hamıya yaxşılıq edim. İlk işim ofisiant köməkçisi olub. Bir günə qaldım, qab daşıyırdım. Hər yerim ağrıyırdı. Bir şirvan qazandım və gətirib anama verdim ki, oğlun pul qazanıb".
Gender.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aktyor Nicat Rəhimov "Qapqara" yutub layihəsində deyib. Sənətçi övlad arzusundan danışıb:
"Çox şey gözləyirəm həyatdan. O hədiyyəni Allah mənə verəcək. Allah mənə övlad qismət etsin, edəcək. Mən ideal ata olacağam. Qızım da, oğlum da olsa, mən yaxşı ata olacağam. Allahımdan çox razıyam ki, mənə hər şey verib: yaxşı oğul, ailə başçısı, dostam. Yaxşı da ata olacağam".

Tarix: 12 yanvar 2024
Baxış: 100

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş