Xəbər lenti
Reklam
Bakı-Sumqayıt yolunda daha tıxac olmayacaq?

“Bakı-Sumqayıt yoluna alternativ yolların çəkilməsinə böyük ehtiyac var”.
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında ekspert Eldəniz Cəfərov Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşasından danışarkən deyib.
Elədniz Cəfərov bildirib ki, Bakı şəhərində tıxaclara qalib gəlmək çətin prosesdir:
“Çünki tıxacları yaradan bir sıra amillər var. Burada ancaq avtomobillərin sıxlığı deyil, eyni zamanda bir sıra digər amillər də mövcuddur. Bir il ərzində tıxaclardan qurtarmaq çətin prosesdir. Bakı-Sumqayıt yoluna alternativ avtomobil, həmçinin dəmir yollarının çəkilməsinə böyük ehtiyac var. Sumqayıt şəhərinin əsası qoyulandan Bakı ilə əlaqəli şəhər olub. Sumqayıtda yaşayanlar Bakıda işləyib, Bakıda yaşayanlar da Sumqayıt şəhərində işləyirdi”.
Ekspert bildirib ki, bu iki şəhərin arasında daimi gediş-gəliş mövcuddur:
“Əsasən də vətəndaşlar bu yoldan şikayət ediblər. Saatlarla insanlar bu yolda tıxaclarda qalıb. Yağmurlu havada bu proses daha özünü göstərir. Qar yağanda vətəndaşlar bəzən Sumqayıtdan Bakıya gələ bilmir, gələnlər də problemlə üzləşirlər”.
Ekspertin fikirincə, bu yol vətəndaşların sərbəst hərəkətinə şərait yaradacaq:
“Buna ehtiyac var. İqtisadiyyat böyüdükcə hər iki şəhərdə əhalinin sayı artır. Belə olan halda yeni yollarının çəkilməsi zəruriəti yaranır”.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı açıqlanıb. Sənəddə 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

Tarix: 08 yanvar 2024
Baxış: 103

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş