Azərbaycan Gənclər Fondu tərəfindən həyata keçirilən “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi İmran Hüseynlinin rəhbəri olduğu “Bu günün debatçısı, sabahın natiqi ” layihəsinin bağlanış mərasimi həyata keçirilib.
Bağlanış tədbirində Saatlı Gənclər evinin nümayəndələri iştirak ediblər.
Gender.Az-ın məlumaatına görə, çıxışların və müzakirələrin yer aldığı tədbirdə layihənin aktuallığından bəhs edilib, əhəmiyyəti və gözlənilən nəticələri müzakirə olunub.
Final oyunu baş tutub və layihənin qalib komandası müəyyən edilib. Qalib və iştirakçılar kubok, sertifikat və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, layihə çərçivəsində təlimlər Sabirabad və Saatlı rayonlarının hərəsində 2 dəfə olmaqla keçirilmişdir , daha sonra isə yarış mərhələsinə start verildi və sonda 2 komanda qalib adı uğurunda mübarizə apardı , Saatlı rayonun “Triada ” komandası yarışın qalibi oldu.
İmran Hüseynli Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation
#AzGf #YouthFoundation