Xəbər lenti
Reklam
Yağış sularında batan küçələr: Problem nədən qaynaqlanır?

Səhər saatlarından yağan güclü yağış paytaxt Bakının ənənəvi problemlərini yenidən qabardıb. Mərkəzdən azca aralanan kimi ara küçələrdən çay kimi axan yağış sularını görmək artıq adi haldır.

Tikinti üzrə ekspert Muxtar Ərturan Demokrat.az-a açıqlamasında problemi yaradan səbəbləri sadalayıb:


"Problemin qaynağı kanalizasiya turbalarının istismar müddətinin bitməsi və yeniləri ilə əvəz olunmamasıdır. Həmçinin yeni yaşayış evlərinin tikilməsi və kanalizasiya magistral xətlərinin həddən ziyadə yüklənməsi də belə acınacaqlı mənzərə yaradır. Yollarda olan problemlər kanalizasiya xətlərinə də sirayət edir. Nə qədər binalar tikilir, yaşayış yerləri salınır, hamısı da bir kanalizasiya şəbəkəsinə qoşulur. Ayrı-ayrı kanalizasiya xətlərinin olmaması bu kimi problemlərə gətirib çıxarır". 

Törə Zeynallı 
Tarix: 16 dekabr 2023
Baxış: 109

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş