Xəbər lenti
Reklam
Ev almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR: Dövlət bu şəxslərə YARDIM EDƏCƏK!

Ötən gün Prezident İlham Əliyev  “Gənclərin hərbi sahədə təhsil almasının təşviq edilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmanda hərbçilərin mühüm problemlərindən biri olan mənzil məsələsi də öz əksini tapıb.

Fərmana görə, 2024-2025-ci tədris ilindən başlayaraq ali təhsil müəssisəsinə və hərbi kolleclərə daxil olan kursantlar həmin təhsil müəssisələrindən məzun olaraq Azərbaycan Ordusunda 5 təqvim ili zabit və ya gizir kimi həqiqi hərbi xidmət keçdikdən sonra yaşayış sahəsinin alınması üçün Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına güzəştli ipoteka kreditindən istifadə etdikdə müvafiq yaşayış sahəsinin qiymətinin 15 faizədək olan hissəsi dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilsin.

Bu qərarın əmlak bazarına hansı təsirləri olacaq?

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Referans.Az-a bildirib ki, bu qərarın əmlak bazarına ciddi şəkildə təsiri gözlənilməsə də, hərbçilərin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayacaq.



“Bu qərar hərbçilərin rifahı baxımından olduqca məqsədəuyğun qərardır. Bu baxımdan əmlak bazarına hansısa mənfi təsir gözlənilmir. Müsbət təsir isə hərbçilərin sosial sıxıntılarının müəyyən qədər həll olmasıdır. Belə ki, 5 faizli güzəştli kreditlər limitli formadadır. Hərbçilərimiz də maksimum dərəcədə bu güzəştdən istifadə edə bilir”.

Ekspert qeyd edib ki, əvvəlki illərlə nisbətdə hazırda əmlak bazarının qiymətlərində yüksək artım müşahidə olunur.

“Təxminən 5-6 il əvvəl 4 faizli ipotekalar üçün 100 min manat məbləğində, digər 8 faizli ipotekalara isə 150 minə qədər məbləğdə kredit ayırılırdı. Yəni ev almaq üçün bu məbləğin üzərinə pul qoyulmalı idi. İpoteka üçün nəzərdə tutulmuş evlərə yeni tikili binalar, torpaqlı və sifarişlə tikilən həyət evləri, 70-ci illərdən sonra tikilmiş xüsusən 9 mərtəbəli binalar aiddir. Bakı şəhərində mərkəz və mərkəzə yaxın ərazilərdə 1 otaqlı Leninqrad, Kiyev və digər 9 mərtəbəli binalarda mənzillərin satış qiyməti artıq 115-120 min manatdır. 1 otaqlı yeni tikililər təxminən 130 min manatdan başlayıb 180 min manata qədər dəyişir. Belə olan halda təbii ki, həmin evlərin qiymətinin 15 faizinin dövlət tərəfindən ödənilməsi hərbçilər üçün böyük dəstəkdir. Hətta biz hesablasaq görərik ki, bu evin məbləğinin bir neçə illik ödənişidir”.
 
Fidan Vəlisoy

Tarix: 15 dekabr 2023
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş