Xəbər lenti
Reklam
Erməni tarixçi: “Biz daxildən xəstəyik” - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İddia: “Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır” adlı süjet efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə erməni tarixçi və nağılçılarının onların xəstəliyinin sağalmaz mərəz olması, hayların daxillərinə hopmuş bu xəstəlikdən qurtula bilməməsi və erməni riyakarlığının hələ ana bətnində yaranması ilə bağlı etiraflarından bəhs olunur.
Qeyd olunur ki, Qərbi Azərbaycana qayıdışı konsepsiyasının mahiyyətində 1988-ci ildə öz yaşadıqları yurdlardan qovulmuş azərbaycanlıların Vətəninə qayıdışını ehtiva edən humanist məramlar durur:
“Ancaq millətçilik və faşizm ideyaları ilə yoğrulmuş Ermənistan ictimaiyyəti bu sadə gerçəyi anlamaq iqtidarında deyil. Özləri hiyləgər və fürsətçil olduqları üçün hər kəsdə oxşar cizgiləri axtırırlar. Elə son günlərdə İrəvanda başlayan oyunbazlıqaların mahiyyətində bu dayanır. Qarabağ gerçəkliyini qəbul edə bilməyən ermənilər indi də gülünc qanun layihəsi oyunu düzəldirlər. Bununla da Qərbi Azərbaycanlıların qayıdışının qarşısını almaq üçün özünümüdafiə sipəri yaratmaq istəyirlər və bunu açıqca etiraf da edirlər”.
Diqqətə çatdırılır ki, erməni tarixçiləri və fəalları özlərinin dövlətçiliyinin olmadığını etiraf edirlər: “Erməni vətənpərvərliyi yalnız yaşayış yeri ilə bağlıdır. Hökumət Qarabağ məsələsini gündəmdən çıxaran kimi Azərbaycan Qərbi Azərbaycan məsələsini gündəmə gətirir. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs sazişi imzalandı. Azərbaycan bu müharibədə uduzsa da sülh müqaviləsi imzalamadı. Atəşkəs edib qüvvə topladı ki, öz torpaqlarını qaytarsın. Hər bir vətəndaş Qərbi Azərbaycanın hansı təhlükə olduğunu bilməlidir. Azərbaycanlıların Ermənistana köçəcəyi halda axırımız necə olacaq?! Bizim hakimiyyət orqanlarımız 300 min azərbaycanlının Ermənistana köçürülməsinə razılıq verib”.
Süjetdə keçmiş deputat Tatevik Hayrapetyanın fikrinə də yer verilir:
“Nikol Paşinyan Ermənistanın baş naziri olaraq qalmamalıdır. Çünki o, ölkəni bu böhrandan çıxara bilmir. Biz niyə Qərbi Azərbaycandan və azərbaycanlıların qayıdışından danışırıq?! Burada dinc azərbaycanlıların qayıdışından söhbət getmir. Bu, Azərbaycanın düşünülmüş strategiyasıdır. Ermənistana qayıtmağa hazırlaşan azərbaycanlıların hamısı xüsusi təlim keçmiş insanlardır. Ermənistan hakimiyyətinin uğursuz diplomatiyası Qarabağın itirilməsinə gətirib çıxardı və Ermənistan dövlətçiliyinin mövcudluğunu təhlükə altına qoyur”.
Sonda vurğulanır ki, erməni revanşistlərin bu sərsəm bəyanatları onları xaricdən maliyyələşdirənləri razı salmaq mənşəli olsa da bu hərəkət erməni cəmiyyətinin düzgün yetişdirilməməsi hesabına formalaşan xəstə təxəyyüllərlə bağlıdır.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı süjetdə:

Tarix: 12 dekabr 2023
Baxış: 94

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş