Xəbər lenti
Reklam
Cavidan Novruz ailəsindəki qalmaqaldan DANIŞDI

Aktyor Cavidan Novruz qardaşının keçmiş xanımı ilə bağlı yaranan qalmaqala münasibət bildirib.
Gender.Az OLAY-a istinadla yazır ki, bu barədə o, instaqramda paylaşım edib. Cavidan deyib ki, onun bu məsələlərə aidiyyatı yoxdur:
“Artıq dərəcədə xahiş edirəm, mənə lazım olmayan qadın mövzularına məni kimsə qatmasın. Bu məsələlərin ailəmə, həyat yoldaşım Mehin xanıma qətiyyən aidiyyatı yoxdur. Kiminsə həyatına qarışmıram, kimsə də mənim həyatıma qarışmasın. Mən sənət adamıyam. Dünəndən indiyə qədər çəkilişlərdə, konsert məşqlərindəyəm, heç nə vecimə deyil. Kiminsə probleminə cavabdeh deyiləm. Allah hər kəsə ürəyinə görə versin”.
Xatırladaq ki, ötən gündən etibarən Şəfəq Novruz və qızı Ayan Novruz Nəriman Novruzun keçmiş xanımı ilə bağlı ad çəkmədən açıqlamalar paylaşır. Həmçinin Əzizə Novurzova da onlar haqda paylaşımlar edib. Lakin sonra hər iki tərəf də postlarını silib.

Tarix: 12 dekabr 2023
Baxış: 105

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş