Xəbər lenti
Reklam
Ər və ya arvad avtomobili etibarnaməsiz idarə edə bilər? - AÇIQLAMA
“Nikah dövründə əldə olunmuş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti hesab olunduğundan nikahdan sonra alınmış avtomobilin qeydiyyat şəhadətnaməsində kimin adının yazılmasının əhəmiyyəti yoxdur. Bu, mənim subyektiv fikrimdir. Yəni avtomobilin qeydiyyat şəhadətnaməsində ər-arvaddan birinin adı varsa, belə hesab olunur ki, həmin avtomobili digəri də idarə edə bilər. Belə halda, nikah şəhadətnaməsi mütləq ər-arvadın üzərində olmalıdır ki, nikahın qeydiyyat tarixi ilə avtomobilin qeydiyyat tarixi tutuşdurula bilsin. Bu hüquq yalnız ər-arvada şamil olunur. Digər ailə üzvlərinin belə bir hüququ yoxdur”.
Gender.Az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Turan Abdullazadə deyib.

Yol polisləri istənilən vaxt reyd keçirə bilərlərmi? - AÇIQLAMA Pravda.az

Vəkil düşünür ki, nikah şəhadətnaməsi üzərində olduğu halda vətəndaşın cərimələnməsi qanunsuz və əsassızdır: “2023-cü ilin iyul ayının 24-də Konstitusiya Məhkəməsi qərar qəbul edərək, belə bir qənaətə gəlib ki, mövcud qanunvericilikdə etibarnamə məhz əqdlərin bağlanması üçün təmsilçiliklə bağlı münasibətlərin hüquqi tənzimlənməsi vasitəsi kimi nəzərdə tutulduğundan, daşınan əşya olaraq nəqliyyat vasitəsinin mülkiyyətçi olmayan şəxs tərəfindən idarə edilməsi üçün etibarnamənin olması ilə bağlı tələb qanunvericilik qaydasında aradan qaldırılmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin və “Yol hərəkəti haqqında” qanununun normaları qanunverici orqan tərəfindən təkmilləşdirilənədək nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin özü nəqliyyat vasitəsində olmadığı hallarda nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi (ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallar istisna olmaqla) həmin Məcəllənin 332.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə səbəb olur. Nəqliyyat vasitəsinin etibarnaməsiz idarə edilməsi hüququ yalnız ər-arvadın ümumi mülkiyyət hüququna dair şəhadətnaməsinin olduğu hallarda ər-arvada şamil olunacaq. Konstitusiya Məhkəməsi qeyd edib ki, göstərilənlər nəqliyyat vasitəsinin ər-arvadın birgə mülkiyyətində olmasını təsdiqləmək üçün onların ümumi mülkiyyət hüququ haqqında şəhadətnamənin sürücünün yanında olmasını tələb edir. Milli Məclis bununla bağlı müsbət qərar qəbul etsə, nikah şəhadətnaməsi deyil, ümumi mülkiyyət hüququ haqqında şəhadətnamə şəxslərin yanında olduğu təqdirdə etibarnaməsiz maşın idarə etdiyinə görə ər-arvaddan hər hansı birinin cərimələnməsi artıq tam qanunsuz olacaq. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin özünün şəxsən nəqliyyat vasitəsində olmadığı hallarda maşını idarə edənlərin yanında mütləq etibarnamə olmalıdır. Əks halda, bu, inzibati məsuliyyətə səbəb olacaq. Yəni etibarnamə tələbi tamamilə ləğv olunmur, ər-arvada münasibətdə bu tələbin zəruriliyi aradan qaldırılır”.

Tarix: 11 dekabr 2023
Baxış: 119

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş