Xəbər lenti
Reklam
"Dəhşətə gəldim ki, 14, 15 yaşlı qızlar canlı açıb nələr edirlər" - Tanınmış müğənni "Tik-Tok"dakılara etiraz etdi

"Yenicə o şəbəkəyə qatılmışam ki, adıma açılan saxta profillərə baxım. İlahi, orada nələr baş verir?"
Bu sözləri bir ay öncə"TikTok" sosial şəbəkəsinə qatıldığını deyən İbrahim Borçalı "Arb" televiziyasında "Səni axtarıram" verilişində bildirib.
Gördüklərindən narahatlıq duyduğunu dilə gətirən müğənni, "TikToku" uçurum adlandırıb:
"Adıma açılan saxta profillərə baxmaq və verilişləri, toyları paylaşmaq üçün təzəcə ora qatılmışam. Gecələr yuxu yatmıram. Deyirəm baxım orada nə var, nə yox? İlahi, orada nələr baş verir? 14, 15, 16 yaşlı qızlar canlıda nələr danışır? Özlərini necə aparır? Dəhşətə gəlirəm. Bunlara xalxın balaları baxır. Qanun olmalıdır, bunları bir başa tutmalıdırlar. Çox əsəbiləşirəm. Bu qədər abırsızlıq olar?  Nədir ki, pul atsınlar, hədiyyə atsınlar. Bu cəmiyyətimizi uçuruma aparır. Fürsət düşmüşkən demək istədim". \\Azxeber.com

Tarix: 09 dekabr 2023
Baxış: 110

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş