Xəbər lenti
Reklam
Qadın restoranda yeməyin şəklini paylaşdı, 62 min dollarlıq hesab gəldi

Çində restorana gedən qadının başına maraqlı hadisə gəlib. 
Yemək sifariş edən və onun şəkilini sosial mediada paylaşan qadına 62 min dollar hesab yazılıb. Bu barədə "South China Morning Post" yazır. 
Məlumata görə, Vanq adlı çinli qadın dostu ilə birlikdə Kunminq şəhərindəki restoranlardan birinə gedib. Qadının sifarişi gətirildikdən sonra o, yeməyin fotosunu çəkərək sosial şəbəkələrdə yerləşdirib. Hesabı ödəmək vaxtı çatanda çinli qadın 62 min dollarlıq qəbz alıb.
Araşdırmalardan sonra məlum olub ki, qadının masasının QR kodu çərçivəyə düşüb. QR kodu vasitəsilə isə sifariş etmək mümkündür. Fırıldaqçılar bundan istifadə edərək Vanqa 2580 porsiya kalamar, ördək qanı ilə 1850 yemək (bölgədə məşhur delikates) və 9990 krevet pastası sifariş ediblər.
Restoran sahibi vəziyyəti başa düşdükdən sonra ona böyük hesabı ödəməməyə icazə verib. \\Qaynarinfo 

Tarix: 08 dekabr 2023
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş