Bu ölkədə 7,1 bal gücündə zəlzələ oldu: Sunami xəbərdarlığı edildi
Sakit okeanın Vanuatu sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Məlumatda bildirilir ki, zəlzələ Sakit Okeandakı bir qrup ada olan Vanuatunun Tanna adasında Isangeldən 123 kilometr cənubda baş verdib.
Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.
Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib. \\Manşet.az
Tarix: 07 dekabr 2023
Baxış: 117
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş