Redaktor seçimi
    Rayondan Bakıya gələnlərə Məhdudiyyətlər OLA BİLƏR - AÇIQLAMA
Xəbər lenti
Reklam
Belə qarpızları almayın! Zəhərli qarpızın əlamətləri - FOTO

Qarpız hamının xoşladığı məhsul olsa da, bəzən onun fəsadları ilə üzləşməli oluruq. Qarpız zəhərlənməsi yayda ən çox rast gəlinən qida zəhərlənmələrindən sayılır.
Bəs bundan qorunmaq mümkündürmü? Zəhərlənmədən necə qorunmaq olar? Mütəxəssislər hesab edir ki, qarpız zəhərlənməsi daha çox onun tərkibində nitratların miqdarının çox olmasından qaynaqlanır.
Qarpızın iç qabığının sarı rəngdə olması onun tərkibində nitratların miqdarının çox olmasına dəlalət edir.
Eyni zamanda qarpızın lətli hissəsində sarı zolaqların olması bu qarpızda nitratların çox olmasının göstəricisidir.
Qarpızın içində boşluq varsa, bu da pis əlamətdir. Bu qarpızdaa böyümə hormonların olmasına içarı edə bilər. Belə qarpız da zəhərlənməyə səbəb ola bilər.

Qarpızın üzərində deşiklər varsa, bu qarpıza nitratların iynə vasitəsi ilə yeridilməsinin əlaməti ola bilər. Belə halda qarpızı kəsəndə bu izlər lətin üzərində də olur.

E-tibb.az bildirir ki, çox böyük ölçülü, eyni zamanda içində böyük boşluq olan qarpızı da yemək düzgün sayılmır. Bildirilir ki, çox böyük qarpız böyümə hormonları, çoxlu kimyəvi maddələr, gübrələr sayəsində bu hala gəlir. Ona görə də qarpız alanda nisbətən kiçik ölçülü olanları seçmək lazımdır.
Qarpızı yoxlamaq üçün yeməzdən əvvəl bir hissə kəsib suya qoymaqla yoxlamaq olar. Su parlaq çəhrayı rəng alsa, bu, qarpızda nitratın çoxluğuna və təhlükəli olduğuna işarədir.
Gözəl görünən qarpızlar aldadıcı ola bilər. Qarpız seçərkən onun yüngül, yoxsa ağır olması da nəzərə alınmalıdır. Ələ alanda daha ağır gələn qarpızları seçmək lazımdır.
Saplağı yaşıl yox, quru olan qarpızlar daha keyfiyyətli sayılır. Saplağı olmayan qarpızları isə almaq məsləhət görülmür. Bundan başqa, kəsilmiş qarpızı almaq düzgün hesab olunmur.
Qarpız zəhərlənməsinin olduğunu necə bilmək olar?
Mütəxəssislərə görə, qarpız zəhərlənməsinin gizli dövrü 2-4 saat çəkir. Qarpız zəhərlənməsi varsa, bulantı, köp, ishal, baş ağrısı, baş gicəllənməsi, titrətmə, qızdırma, çox tərləmə, ürək ritminin pozulması, ümumi halsızlıq kimi əlamətlər yaranır. Bu əlamətlər varsa, mütləq həkimə müraciət etmək lazımdır. 

Tarix: 12 iyul 2024
Baxış: 128

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş