Xəbər lenti
Reklam
Məlum və naməlum qar kristalları

Əslində qar dənəciyi dediyimiz şey suyun donmuş formasıdır. Qar dənəciyini meydana gətirən kristallar isə bir-biriindən o qədər fərqlidir ki, heç bir qar dənəciyi başqa bir qar dənəciyinə bənzəmir. Bu baxımdan yer üzündə bir-biri ilə eyni olan iki qar dənəciyi tapmaq qeyri-mümkündür. Buna səbəb isə qar dənəciklərini meydana gətirən su molekullarının molekulyar quruluşudur.
Bir qar dənəciyi kiçik bir toz dənəciyi ətrafında meydana gəlir və bu toz dənəciyinin ölçüsü bir neçə mikrondan böyük olmur. Meydana gələn bu mikroskopik forma heksaqonal və ya altıbucaqlı olur. Üstəlik, bu forma buzun, ya da suyun öz molekulyar quruluşundan irəli gəlir. Nəticədə, bu kristal get-gedə böyüyür və kristalın künclərindən kiçik qollar uzanmağa başlayır. Hava soyuduqca bu qolların uzanması daha da sürətlənir.
Uilson Bentli adlı bir ingilis alimi 24 min qar kristalı üzərində tədqiqat aparmış və onların heç birinin bir-birinə bənzəmədiyini müşahidə etmişdir. Üstəlik, o bu qar kristallarının hamısının qeyri-adi naxışlarla bəzəndiyinə şahid olmuşdur. Uilson Bentlinin gəldiyi əsas nəticə isə dünya yaradılan gündən indiyə kimi yağan heç bir qar kristalının bir-birinə bənzəməməsidir.
İlk mərhələdə qar kristalları simmetrik və geometrik formada olur. Digər tərəfdən, çoxlarının bildiyi kimi qar kristalları heç də ağ rəngə çalmır. Bizim gördüyümüz ağlıq isə daha çox işığın qar kristalları üzərində əks olunması, eyni zamanda sınması nəticəsində baş verir.
Hətta ən fırtınalı havalarda belə qar kristalları bir-biri ilə toqquşmur. Çünki əgər qar kristalları bir-biri ilə toqquşsa, bu kristallar yer üzünə çatana qədər böyük kütlələr meydana gələr və bu kütlələr hər dəfə böyük bir fəlakətə səbəb olar.
Bu fakt həm də qar kristallarının kütlələrinin bir-biri ilə eyni olduğunu göstərir. Çünki bir-birindən ağır kütlələr yerə düşəndə ağırlar daha sürətlə düşür və yüngüllərlə toqquşaraq böyük kütlələrin meydana gəlməsinə səbəb olur.
Bundan başqa, qar dənəciklərində müşahidə edilən əsas xüsusiyyətlərdən biri də riyaziyyatda “qızıl nisbət” adlandırılan Fibonaççi ədədləridir. Üstəlik, bu “qızıl nisbəti” bütün qar dənəciklərində görmək olar.
Qar haqqında bilmədiyimiz 10 şey
1. Almaz və ya duz kimi qar da bir mineraldır.
2. Yerə düşən bir qar dənəciyinin 90–95 faizi havadır. Buna görə də, qar dənəciyi ən yaxşı istilik izolyatorudur.
3. Ginnessin Rekordlar Kitabına görə qeydə alınan ən böyük qar dənəciyi 38 santimetrdir. Bu qar dənəciyi 1887-ci ildə Fort Pek qəsəbəsində (Montana ştatı) qeydə alınmışdır.
4. Qar bəzən qırmızı, bəzən sarı, bəzən də qara yağır. Buna səbəb isə küləklə gələn tozlar və ya küllərdir.
5. Qar olan yerdə pıçıltı ilə danışmağa ehtiyac yoxdur. Çünki qışqırmaq, mahnı oxumaq, ya da yüksək səs çıxarmaq uçquna səbəb olmur.
6. ABŞ-ın ən “ağ yeri” Valdes şəhəridir (Alyaska ştatı). Belə ki, bu şəhərə ildə minimum 8 metr qar düşür.
7. Çoxlarının düşündüyü kimi, qütblərdə çox qar yağmır. Buradakı qar fırtınaları isə əvvəlcədən yağan qarların əsməsindən meydana gəlir.
8. Antarktikada qar çox bərk olduğu üçün səs dalğalarının əks-səda verməsinə səbəb olur. Hətta burada bir səsi 1600 metrdən belə eşitmək mümkündür.
9. Qar kristallarının şəklini çəkən ilk adam “Qar dənəciyi” təxəllüslü Uilson Bentlidir (1885-ci il). O, öz həyatı boyu 5000-ə qədər qar kristalının şəklini çəkmişdir.
10. “Qartopu Yer Kürəsi”: Bu bir nəzəriyyədir və bu nəzəriyyəyə görə, bundan 600 milyon il əvvəl planetimiz qar və buzla örtülü olmuşdur. 

Murad Məmmədov
Tarix: 17 oktyabr 2025
Baxış: 29

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş