İlin 286-cı günü Azərbaycana belə bir mesaj göndərildi
“Bir yarpaq belə Onun izni olmadan ağacdan düşə bilməz...”. Quran ayəsi
Bir neçə gün öncə (oktyabrın 13-də) Mançester- Sinqapur reysində uçan “A-350” sərnişin təyyarəsi Bakıya məcburi eniş etdi (sərnişinlərdən birinin halının pisləşməsi səbəbindən). İlk baxışdan adi hal kimi görünən bu hadisənin üzərindən Allahın elmi ilə (elmi-lədunla) sirr pərdəsini qaldıranda böyük hikmətlər üzə çıxır. Məlum olur ki, bu təyyarə ilə əslində xalqımıza böyük bir xəbərdarlıq göndərilib. Hadisədəki ciddi qanunauyğunluğu, Allahın elminə (Quran rəmzlərinə) tabe olmasını görmək üçün gəlin sirr pərdəsini birlikdə qaldıraq:
1) Keçən ilin oktyabrın 30-da Türkiyə-Pakistan reysində uçan sərnişin təyyarəsi Bakıya məcburi eniş edəndə bunun Allahdan xəbərdarlıq olduğunu sübut edən hesablamaları paylaşmışdım. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, üç gün öncə analoji hadisə baş verəndə oktyabrın 30-da baş verən hadisənin 350-ci (!) günü idi ki, bu da məcburən enən təyyarənin üzərində həkk olunub: “A-350” (!).
2) Hadisə baş verəndə (14 oktyabr) Yerdəki saat fərqini nəzərə alsaq, ilin 286-cı günü idi ki, bu da orjinal (Kəbədə saxlanan) Quranın səhifələrinin sayı olmaqla, Allahın xəbərdarlığı olması barədə söylədiyim fikri bir daha riyazi təsdiq edir!
3) Hadisə (qəza enişi) baş verən gün ABŞ-a məxsus sərnişin təyyarəsinin (B-787) Bakıya qəza enişi etməsinin (23 iyun) 114-cü günü idi ki, bu da Quran rəmzi olmaqla, hadisənin Allahın elminə və iradəsinə bağlı (xəbərdarlıq) olduğunu bir daha sübut edir!
4) 14 oktyabr tarixi Günəş tutulmasının (08.04.24) 555-ci günüdür ki, bu da Quranda tövbə və cəza rəmzi sayılır. Yəni, xəbərdarlığı qəbul etməyənlərin (günahlarına görə tövbə etməyənlərin) tezliklə cəzalanacağını xəbər verir.

NƏTİCƏ: üç gün öncə Bakı hava limanına enməyə məcbur olan təyyarə ilə Yaradan xalqımıza təxminən (mahiyyətcə) belə mesaj göndərir:
-öünüzü hamıdan yüksəkdə tutub, göylə getməyin, sizi “göydən enməyə” məcbur edərəm;
-haramdan, günahlardan tövbə edib, Yaradanın qanunlarına tabe olun;
-biri-birinizin malına, varına və namusuna göz dikməyin;
-xalqa zülm edib, haqqını istəyənləri şərləməyin;
-tərəzini düz tutun,
- yalandan kiminsə üzünə durmayın;
-Lut qövmünün etdiyi murdar hərəkətləri etməyin (halbuki, siz indi onlardan daha murdarını etməklə, Lut qövmünü geridə qoyursunuz).
Bu və digər saymaqla qurtarmayan günahlarınız artıq Allah-Taalanın qəzəbinə səbəb olmuş və bəlaya düçar olmusunuz. Rəbbim buyurur ki, “Biz heç kəsə zülm etmirik, insan zülmü özü (günahları ilə) qazanır”. Bu gün üzləşdiyiniz (qazandığınız) zülmlərə o vaxt son qoyulacaq ki, tövbə edib, doğru yola dönəsiniz. Əks halda elə bəlalar enəcək ki, bu gün gördükləriniz onun yanında çox xırda olacaq!
Odur ki, vaxt itirmədən yuxarıda sadaladığım və sadalamadığım günahlarınıza görə tövbə edib təmizlənin. Allahdan və zülm etdiyiniz (aldatdığınız, əziyyət verdiyiniz) insanlardan üzr diləyin və onlardan halallıq alın. Belə etsəniz sizin üçün daha xeyirlidir. Çünki, qarşıda bizləri Lut qövmünə, Nuh qövmünə, Saleh qövmünə... gödərilən bəlaların təkrarı (bəlkə də onlardan daha betəri) gözləyir. Bütün bu kimi bəlalardan ancaq (qabaqcadan) tövbə etmiş az sayda adamlar sağ çıxacaqlar. Çalışın həlak olanların yox, sağ çıxanların içərisində olasınız (bu xəbərdarlıqlar ona görədir).
Xəbərdarlığı şərh etdi:
Paşa Yaqub – həkim, elmi-lədun bilicisi
17 oktyabr 2025