Qidalanmasına xüsusi fikir verən insanlar belə bəzən səhvlər edirlər. Xüsusilə də son illərdə sosial şəbəkələr səhv etmək riskimizi artırır. Çünki hər özünü qidalanma üzrə mütəxəssis elan edən şəxsin paylaşdığı xüsusi üsul, qarışım populyarlaşır.
Gender.az Milli.Az-a istinadən bildirir ki, medicina.az bir çoxlarının faydalı zənn etdiyi bir neçə üsulla bağlı gerçəkləri araşdırıb.
Cəfəri ilə limon qarışımı qaraciyər yağlanmasına heç bir fayda vermir!
Təbii ki, hər iki qida faydalıdır. Salata bol miqdarda cəfəri əlavə edin və limon sıxın. Onların hər ikisinin tərkibindəki vitaminlər ümumi sağlamlığınıza fayda verəcək. Ancaq xüsusi bir qarışım hazırlamağa ehtiyac yoxdur. Çünki qaraciyərdə yağlanmanı azaltmağın ən yaxşı yolu arıqlamaqdır.
İkinci ən vacib addım isə qlükoza və fruktoza ehtiva edən, işlənmiş qidaları kəsməkdir.
Üçüncü olaraq, tərkibində trans yağ olan hazır qidalardan uzaq durmaq lazımdır.
Qırmızı kələm B 12 səviyyəsini artırmır!
Turşu kələm kimi fermentləşdirilmiş qidalar B12 səviyyəsini artırmır. Düzdür, bakterial sintez yolu ilə B 12, K, B 1 və B 2 vitaminləri bağırsaqlarımızda daha çox sintez olunur, lakin onların gündəlik ehtiyaclarımıza töhfəsi demək olar ki, minimaldır.
Qırmızı ət, ağ ət, yumurta və süd məhsulları istehlak edərək qanda B 12 səviyyəsini yüksəltmək daha ağıllı seçimdir.
Yaxud, B 12-nin udulmasına təsir edən amilləri müəyyən edə, müvafiq dozada və formada B 12 əlavələri ilə qanda B 12 səviyyəsini artıra bilərsiniz.
Qələvi suların səhhətimizə faydaları müəyyən edilməyib!
Nə qədər qələvi su içsəniz də, mədə və böyrəklər həm bədən mayelərinin, həm də qanın pH səviyyəsini tarazlayaraq onu nəzarət altında saxlayır.
Mədə turşusu yüksək olduğundan, qələvi su mədəyə daxil olduqda, mədə mayesini müvəqqəti olaraq qələviləşdirir, lakin bu, uzun çəkmir. Əsasən limonla qələvi hala salınan su qanın pH səviyyəsini bir qədər yüksəltsə də, böyrəklərimiz onu tarazlaşdırmaq üçün sürətlə hərəkətə keçir. Qələvi su mədə yanmasını aradan qaldırır, lakin bu da müvəqqətidir.
Mütəxəssislər adi su içməyin çox daha faydalı olduğunu bildirirlər.
C vitamin əlavəsi qəbul etməli olduğumuz tamamilə yalandır!
Son illərdə bəzi dietoloqlar xüsusilə qış aylarında gündəlik olaraq C vitamini əlavəsi qəbul etməyin vacibliyindən danışırlar. Lakin bu yalandır. Çünki gündəlik ehtiyacınız olan C vitaminini sitrus meyvələri ilə yanaşı cəfəri, bibər və kivi kimi qidalardan da ala bilərsiniz.
Artıq yeməklərdən Omeqa-3 almaq şansımız olmadığı üçün hər kəsin Omeqa 3-dən müntəzəm istifadə etməsinin zəruri olduğu fikri də reallığa uyğun deyil. Həftədə iki dəfə yağlı balıq yemək və hər gün yumurta istehlak etməklə həftəlik Omeqa-3 ehtiyacını çox rahat qarşılamaq olar.