Gürcüstan azərbaycanlıları deportasiya etdi
Bu ilin ilk doqquz ayında Gürcüstandan 27 nəfər Azərbaycan vətəndaşı deportasiya edilib.
Gender.Az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatında bildirilib.
Hesabat dövründə qonşu ölkədən Azərbaycan vətəndaşları ən çox 16 nəfər olmaqla II rübdə çıxarılıb. Birinci rübdə 4 nəfər, üçüncü rübdə isə 7 nəfər Azərbaycan vətəndaşı Gürcüstandan qovulub. Həmin şəxslərin 19-u kişi, 8-i isə qadındır.
Gürcüstandan əcnəbilərin çıxarılmasının səbəbi onların ölkədə müvəqqəti olma müddətinin vizada göstərilən qalma müddətindən artıq olmasıdır.
Tarix: 18 oktyabr 2025
Baxış: 26
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş