Qeyri-sağlam qida vərdişi, davranışı mədə xərçəngini yaradan faktorlardan biridir.
Gender.Az xəbər verir ki, bu barədə onkoloq Aleksandr Seryakov danışıb.
“Bu məsələ ciddi diqqət tələb edir. İnsanın gün ərzində necə və nə ilə qidalanmasının böyük təsiri var.Bunlardan biri sənaye emalından keçmiş ət və ət məhsullarının hər gün yeyilməsidir: kolbasa, sosis, vetçina, ət konservi və s.
Bu qidalarda nitrozamin, akrilamid, peroksidlər var ki, onlar qida borusu, mədənin hüceyrələrində mutasiyalara səbəb olur.
Digər qida vərdişi alkoqoldur. Alkoqollu içkilər də kanserogen maddə olan etanol və metanol tərkiblidir. Bu maddələr mədə, qida borusu, mədəaltı vəzinin hüceyrələrini zədələyir, bədxassəli şişlərin yaranmasına zəmin yaradır.
Eləcə də qıcıqlandırıcı qidalara həvəs – acı, istiotlu, duzlu, isti, marinad, konservləşdirilmiş – mayonez, ketçup, şoraba, turşu, göbələk və s. mədənin divarını yeyir, orda yara, xora açır və nəticədə gələcəkdə törəmələrə zəmin yaradır.
Həzm orqanlarının şişlərinin qarşısını almaq üçün bu qidaları azaltmaq, Aralıq dənizi pəhrizinə əməl etmək, təzə və bişmiş tərəvəz, meyvə, balıq, zeytun yağı qəbul etmək lazımdır”. \\Medicina.Az