Həyatımızın əvəzolunmaz hissəsinə çevrilən və bütün işlərimizi az qala bu cihazın köməkliyi aparmaqla yanaşı eyni zamanda əyləncə məqsədi ilə də istifadə etdiyimiz mobil telefonları patogen bakteriyaların anbarı kimi də düşünə bilərsiniz.Bura həm düyməli həmdə sensorlu mobil telefonlar daxildir. Bu sözləri qidaelmi.az saytına qida məsələləri üzrə mütəxəssis Ağa Salamov danışıb. Onun sözlərinə görə;
Cib telefonlarından istifadənin artması tibb ocaqlarında, xəstəxanalarda və İİM – də infeksiyaların yayılması ilə patogen bakteriyaların da çarpaz çirklənmə nəticəsində insanlara yoluxma ehtimalı daha yüksəkdir. Bunu nəzərə alaraq bəzi ölkələrin tibb ocaqlarında mobil telefondan istifadə qadağası tətbiq olunub. Yəni həkim ancaq öz otağında dezinfeksiya olunmuş mobil telefondan istifadə edə bilər. Xəstələrlə təmasda isə bu yolverilməzdir. Gələk qida sahəsi olan İİM -nə. İİM- də ən çox da mətbəxlərdə aşpazlar tərəfindən istifadə olunan mobil telefonların təhlükə mənbəyi olması və çarpaz çirklənmə nəticəsində patogen bakteriyaların insanlara və özlərinə yoluxması ehtimalı daha yüksəkdir.
Belə ki, yuyulmayan və mütəmadi dezinfeksiya olunmayan mobil telefonlar insan əlində olan və hava damcı yolu ilə gələn bakteriyaların mənbəyinə çevrilir.İş əsnasında mobil telefona toxunan aşpaz, əlini nə qədər dezinfeksiya etsə də mobil cihazın üzərində olan patogen bakteriyalardan qurtula bilməz.Bu zaman nə baş verir? Aşpaz qidanı çirklənməyə məruz qoyur və nəticədə immun sistemi zəif olan,risk qrupuna aid olan uşaqlar, hamilə xanımlar, yaşlılar təhlükə ilə üz üzə qalırlar. Təssüflər olsun ki,şablon sistemin üzərində dayanaraq əsas mühüm olan məsələləri də gözdən qaçırmış olurduq.Mobil telefonların üzərində olan bakteriyaların sayı unitaz qapağında olan bakteriyaların sayına görə daha çoxdur.
Həcm ölçü vahidinə görə unitaz qapağında İnç (düym) başına 1201 mikrob varsa, mobil telefon ekranında bu rəqəm (inç) düym başına 4500 ədəddir. Bu qorxulu və patogen bakteriyalara ən çox E-Coli, Bacillus Cereus və S-Aureus daxildir ki, bunların hər biri ciddi xəstəliklər və zəhərlənmələrə yol aça bilər. Bundan əlavə bu bakteriyaların sayının, hər saniyə,hər dəqiqə və hər saatda milyonlarla çoxalmasıdır.
Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov