Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
Tut arağı təhlükəlidir - Kor ola bilərsiz!
Xaçmaz rayonu, Qaraqurdlu kəndində fəaliyyət göstərən, “Marşal-Xaçmaz” MMC-yə məxsus pivə istehsalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisədə temperatur rejiminə əməl olunmadığı, anbar sahəsində xammal məhsullarının antisanitar şəraitdə saxlanıldığı və digər nöqsanlar müəyyən olunub.                                                                                 
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilmiş nümunələrdə koliform bakteriyaları aşkarlanıb.                                Qanunvericiliyin tələblərinə uyğun olaraq istehlaka yararsız məhsullar məhv edilib.                                                                          Məsələ ilə bağlı “Sherg.az”a danışan  Azad İstehlakçılar Birliyinin(AİB) sədri Eyyub Hüseynov bildirib ki, kustar üsulla hazırlanmış alkoqollu içkilər cəmiyyətin hər zaman əsas problemlərindən biri olub:                                          
"Sovet ittifaqı dövründə belə nə qədər sərt qanunlar olsa d,  bu problem öz aktuallığını qorumuşdur. Son zamanlar isə bu üsuldan istifadə genişlənmişdir. İnsanların şəxsi olaraq həyətlərində samaqonla alkoqollu içkilər hazırlanmasında heç bir qadağa yoxdur. Halbuki  sovet dönəmində buna görə həbs gözlənilirdi. Belə bir şəraitdə digər işbazlar bazara saxta alkoqollu içki çıxardanlar da az deyil. Bu sahədə ən uğurlu işi 4 il əvvəl Daxili İşlər Nazirliyi baş mütəşəkkil cinayətlərə qarşı mübarizə idarəsi gördü. 
Bu qanundankənar işi ifşa etdi. Bir neçə şəxs həbs olundu. Sübut olundu ki, ən brend içkilər bahalı restoranlarda, kafelərdə, dükanlarda bazarlanır. Saxta brend adı altında xaricdən gələn butulkalar atılmır. Onların içərisinə saxta mayelər doldurulur. Əhaliyə ən yüksək qiymətə satılır. Düşünürəmki,  Daxili İşlər Nazirliyinə xüsusi səlahiyyət verilməlidir. Çünki bu işin öhdəsindən onlar gələ bilərlər. Qida Təhlükəsizliyi mümkün olan tədbirləri görür,  lakin onlar cərimə olunub buraxılırlar. Bunun qarşısının alınması üçün ictimai nəzarətin xüsusi rolu var. İctimai nəzarət də kütləvi informasiya vasitələrindən keçir. Nəzarət edən qurumlar KİV ilə effektiv işləyə bilmir. 
Belə şəraitdə sağlamlığa təhlükə yaradan spirtli içkilər mövcuddur. Buna qarşı ümümxalq mübarizəsi olmalıdır. Zəhərlənmələrin statistikasını yoxlasaq, kustar üsulla hazırlanan içkilərdən qaynaqlandığını müşahidə etmiş olarıq. Əhali bilməlidir ki, xüsusən qərb bölgəsində məşhur olan zoğal, tut araqları təhlükəlidir. Onların tərkibində olan sivuş yağı çoxdur. Həddindən artıq istifadə qaraciyərdə sirroz yarada, hətta insanları kor edə bilər. Bunun qarşısının alınması üçün adiyyatı qrumlar və əhali sıx işləməlidir. Alkoqollu içki alan zaman Azərbaycan respublikasına məxsus aksiz marka olduğuna diqqət edilməlidir".      

Ekspert bildirib ki, keyfiyyətli alkoqollu içkilər istehsal edən  müəsissələr də fəaliyyət göstərir:                                                                                                                                   
"Onu da qeyd edim ki, mən Fransanın cənubunda bir konqresdə iştirak etmişdim. Müxtəlif ölkələrdən dəvət olunan şəxslər ora içki gətirirdilər. Gəncə Şərab zavoduna məxsus bir şərab apardım. Azərbaycana qayıtdıqdan sonra poçtdan şərabın Fransada  "qızıl medal"a layiq görüldüyünə dair rəsmi məktub aldım. Yəni keyfiyyətli alkoqollu içkilər istehsal edən müəsisələr də var. Ancaq onlar susurlar, bazarları  təmizləmək üçün heç bir profilaktik tədbirlər görmürlər".

Tarix: 18 oktyabr 2023
Baxış: 147

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş