Xəbər lenti
Reklam
Paşinyan "erməni soyqırımı" müzakirələrini niyə bağladı? (ŞƏRH)

"Mirzoyan demək istəyib ki, Paşinyan hakimiyyəti dövründə xarici siyasət prioritetlərində "soyqırım" məsələsi yoxdur".
Gender.Az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın "erməni soyqırımı" məsələsinin artıq bağlandığını elan etməsini şərh edərkən deyib.
"Ümumi götürsək, "erməni soyqırımı"nı tanınma prosesi üç mərhələdən ibarətdir. Birinci mərhələ siyasi müstəvidə tanınmaqdır. İkinci mərhələ isə kriminallaşma mərhələsidir. Yəni soyqırımını inkar etmək cinayət məsuliyyətinə səbəb ola bilər. Bu mərhələdə ermənilər  problemlərlə üzləşdi. Məşhur Perimçək davasına nəzər yetirək. Nəticə olaraq bildirildi ki, bu bir tarixi hadisədir və bu barədə fərqli insanlar fərqli mövqe sahibi ola bilər. Planın üçüncü mərhələsi isə reparasiyaların, yaxud dəymiş zərərin ödənilməsidir. Ermənilər yeni bir şey icad etməyib. Bu Xolokosdan sonra olan bir prosedurdur. Əvvəl siyasi tanınma, daha sonra hüquqi və ən sonda zərərin ödənilməsinin tələbi gəlir. İrəvan və erməni diasporu keçmiş hakimiyyətlər dövründə bir xətlə fəaliyyət göstərib", deyə Fərhad Məmmədov bildirib.


Mirzoyanın bu açıqlaması həmsöhbətimizə görə, İrəvanın onu Türkiyəyə "daha baha" satmaq istəyindən doğur:
"Hazırkı dövrdə isə Ermənistan anlayır ki, siyasi tanınma prosesində onlar maksimuma nail olublar. ABŞ Prezidenti belə həmin məsələni "soyqırım" kimi tanıyıb. Lakin ikinci mərhələyə keçid zamanı Ermənistan Avropada problemlə üzləşməklə anladı ki, artıq mövzunu inkişaf etdirmək mümkün deyil. Eyni zamanda, bu, Türkiyə ilə münasibətlərin formalaşmasına ciddi manələr törədir. Ona görə də Mirzoyanın sözügedən bəyanatı onsuz da nail ola bilmədikləri kriminallaşma mərhələsinə keçidin etirafıdır. Digər tərəfdən, onu Türkiyəyə "daha baha" satmaq istəyirlər və bəyan edirlər ki, Paşinyan hakimiyyəti dövründə xarici siyasət prioritetlərində soyqırım məsələsi yoxdur". 
Qeyd edək ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan parlamentdə çıxışında "erməni soyqırımı” məsələsinin bağlandığını bildirib. Nazirin sözlərinə görə, onun tanınması rəsmi İrəvanın xarici siyasətində prioritet deyil. 
Xatırladaq ki, 1915-ci ildə Osmanlı imperiyasına qarşı üsyan qaldırıb, qətliamlar törədən ermənilər imperiyanın cənub ərazilərinə köçürülüblər. Ermənistan və erməni lobbisi uzun illər bu hadisələrin "soyqırım" olduğu ilə bağlı saxta təbliğat aparıb. 

Rüfət Sultan

Tarix: 01 noyabr 2024
Baxış: 45

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş