Xəbər lenti
Reklam
Səfir: Ermənistan sülhə hazır deyil

Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı müzakirələr davam etsə də, iərvanda bunun tez zamanda baş tutmasını daha çox istəyirlər. Buna səbəb isə bəzi məsələlərin sülh müqaviləsində yer almaması ilə, gələcəkdə münaqişə üçün əl yeri saxlamaqdır.
Gender.Az Tribunainfo.az-a istinadla xəbər verir ki, bu tələskənliklərdən biri konstitusiya dəyişikliyi ilə bağlıdır. Azərbaycan birmənalı olaraq, onun dəyişdirilməsini tələb edir. Çünki Ermənistan konstitusiyasında birmənalı olaraq Azərbaycana qarşı ərazi iddiası var.
Bundan başqa, Ermənistanın demilitarizasiyası prosesidir ki, buna imkan verilərsə, ərazi iddiaları fonunda İrəvan gələcəkdə Bakıya qarşı revanşa çalışacaq.
Ermənistan tərəfi bunlar olmadan, yəni, heç bir dəyişikliyə getmədən sülh sazişi imzalamağa çalışır. Baş nazir Nikol Paşinyanın ortaya atdığı “Azərbaycan Konstitusiyasında da Ermənistana ərazi iddiaları var” yanaşması isə heç erməni cəmiyyəti tərəfindən də ciddi qəbul edilmir. Məsələn, ekspert Rafael Hovannesyan deyir ki, bu cəfəngiyyatdır və belə bir şey yoxdur. Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiasına dair bir cümlə belə yoxdur. “Amma Ermənistan üçün bunu demək mümkün deyil. Çünki konstitusiyasının əsas olan Müstəqillik Aktı və ali qanunun özündə açıq şəkildə Azərbaycana qarşı iddialar mövcuddur”.


Ermənistanın Yunanıstandakı səfiri Tiqran Mkrtçyan isə hesab edir ki, İrəvan sülh sazişi məsələsində tələsməməlidir. “Ermənistan nəyin bahasına olursa olsun Azərbaycanla hərtərəfli sülh sazişi imzalamağa hazır deyil”.

Tarix: 30 oktyabr 2024
Baxış: 56

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş