Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin olunub
Neftçala Rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
Əmrə əsasən 1968-ci il təvəllüdlü Abbasova Zəminə Adil qızı Neftçala Rayon Mərkəzi Xəstəxanasına direktor müavini-baş həkim vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Z.Abbasova bu təyinata kimi xəstəxanada Keyfiyyətə nəzarətin idarəedilməsi komitəsinin rəhbəri vəzifəsində işləyib.
© Report
Tarix: 09 oktyabr 2024
Baxış: 43
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş