Redaktor seçimi
    Azərbaycanda 7 ay sonra daha bir böyük tədbir olacaq - RƏSMİ
Xəbər lenti
Reklam
“Aztelekom” sizi 140 manat cərimələyə bilər…

“Aztelekom”la bağlı abunəçi şikayətləri durmadan artır. Məhz bu səbəbdən abunəçilər “Aztelekom”un internet xidmətindən kütləvi şəkildə imtina edir.
Gender.Az xəbər verir ki,son vaxtlar “Aztelekom” abunəçiləri müxtəlif bəhanələrlə cərimələyir. Cərimə isə nə az, nə çox 140 manatdır. Bu cəriməni “Aztelekom” ödənişi 30 gün gecikdirməyə əsasən yazır. Belə ki, 12 aylıq abunə şərtləri pozulduğu halda (30 gün ödəniş olmadığı, xidmətə xitam verildiyi və yaxud yalnız telefon xidmətinə keçid olduğu halda) internet modem üçün 110 AZN + 30 AZN qoşulma haqqı tələb edilir.
Belə aydın olur ki, abunəçi “Aztelekom”un internet xidmətindən imtina etsə, ancaq telefon xidmətindən istifadəni saxlasa 140 manat cərimə ediləcək. Həmçinin 30 günlük ödəniş gecikməsi üçün də cərimə tətbiq edilir ki, bu da təkcə tam bir aylıq gecikməyə aid deyil. Yəni aylıq 2-3 gün gecikmələr bir il ərzində yığılaraq 30 gün etsə, o zaman da 140 manat cərimə ediləcəksiniz.
Mütəxəssislər isə “Aztelekom”un bu cərimə qaydalarını özbaşınalıq adlandırır. Şikayətçi abunəçilər “Aztelekom”u məhkəməyə verməyi düşünürlər.
/ Tribunainfo.az


Tarix: 26 avqust 2024
Baxış: 93

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş