Redaktor seçimi
    70 kilo qızılla tutulan hərbi attaşe barəsində QƏRAR VERİLDİ
Xəbər lenti
Reklam
"Tavuşda elə yerlər var ki, bizə qaytarılmalıdır" - Sanosyan

“Tavuş bölgəsində elə torpaqlar var ki, xəritələrə görə, bizə qaytarılmalıdır”.
Gender.Az xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, dörd kəndin qaytarılması ilə bağlı hələ qərar yoxdur:
“Söhbət iki ölkənin müvafiq komissiyalarının delimitasiya və demarkasiyaya yönəlmiş işindən gedir. Dinamika var, görüşlər keçirilir. Növbəti görüşün nə vaxt olacağını bilmirəm. İndi hüquqi, sənədli proses var, ondan sonra delimitasiya prosesi özü olacaq”, – Sanosyan bildirib.
Nazir bildirib ki, yerli əhalinin qeyri-müəyyənliyinin səbəb bəzilərinin qeyri-müəyyən, anlaşılmaz məlumatlar yaymağa çalışmasıdır:
“Baş nazirin (Nikol Paşinyan – red.) ideyası ondan ibarət idi ki, əgər fikrini bildirə biləcəyi xəbər və ya dəyişiklik olarsa, hətta özü də növbəti görüşə gələ bilər. Həll, dəyişiklik olmadığından, hər gün görüşməyə ehtiyac olmaya bilər. Amma demək olar ki, hər gün ya Əskiparada (Voskepar), ya da vilayət administrasiyasında görüşlər, dəqiqləşdirmələr aparılır”. \\Axar.az

Tarix: 27 mart 2024
Baxış: 74

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş