Xankəndidə Arayikgilin binası yerləyeksan olundu - FOTOLAR
Xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb.
Gender.Az AZƏRTAC-a istinadən Ermənistan silahlı qüvvələrinin və separatçıların 30 ilə yaxın işğalda saxladıqları ərazilərdə törətdikləri vandalizm aktlarının aradan qaldırılması istiqamətində Azərbaycan Hökuməti tərəfindən atılan addımların bir hissəsini oxuculara fotolarla təqdim edir.
Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı “parlament binası”nın Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülməsinə başlanılıb. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.
Tarix: 05 mart 2024
Baxış: 217
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş