Xəbər lenti
Reklam
Bütün dünya Türkiyədən danışır: "Gələcəkdə Azərbaycan..."

Türkiyənin istehsal etdiyi ilk milli döyüş təyyarəsi olan KAAN həm beynəlxalq ictimaiyyətin, həm də müdafiə sənayesi mütəxəssislərinin diqqətini çəkməyə davam edir. Bir çox xarici media orqanı Turkish Aerospace Industries Inc. (TUSAŞ) tərəfindən istehsal olunan və keçən həftə ilk uçuşunu həyata keçirən KAAN haqqında ətraflı fikirlər və xəbərlər yayımlayır.
ABŞ-ın nüfuzlu elm və texnologiya jurnalı "Popular Mechanics” KAAN ilə bağlı təhlil dərc edib.
Müasir, beşinci nəsil təyyarənin yaradılmasının çətinliklərini xatırladan məqalə müəllifi Sebastien Roblin KAAN-ın ABŞ-ın ən qabaqcıl döyüş təyyarələrindən biri olan F-22 ilə oxşarlığına diqqət çəkib. Roblin təyyarənin səthlərinin türk şirkətlərinin F-35 təyyarələri üçün istehsal etdiyi karbonla örtüldüyünü də vurğulayıb. Müəllif KAAN-ın Türkiyənin qabaqcıl döyüş texnologiyalarına cəsarətlə girdiyini ifadə edib və Ankaranın hərbi imkanlarının yerli istehsal olan döyüş təyyarəsi ilə fərqli səviyyəyə keçəcəyini yazıb.
Yazıda öz döyüş təyyarəsini istehsal edən Türkiyənin beynəlxalq münasibətlər kontekstində qazandığı gücə də diqqət çəkilib.
Müəllif gələcəkdə Azərbaycan, Ukrayna, Pakistan, İndoneziya və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin potensial alıcı ola biləcəyini qeyd edib. \\Musavat.com

Tarix: 03 mart 2024
Baxış: 96

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş