Xəbər lenti
Reklam
Bakının daha bir ərazisində binaların söküntüsünə başlanılır: Sakinlərə kompensasiya veriləcək - VİDEO

Xətai rayonu, NZS qəsəbəsindəki qəzalı binalar söküləcək. Artıq bununla bağlı işlərə start verilib. 
Xətai rayonu ərazisində 110-a yaxın qəzalı vəziyyətdə olan bina var.
Onların çoxu NZS qəsəbəsi ərazisində yerləşir. Bu binaların söküntüsü isə mərhələlə şəkildə həyata keçiriləcək.
İlkin mərhələdə istismar müddətini başa vurmuş, qamış üzlüklü binaların söküntüsü aparılacaq. Hətta ünvanlar da artıq bəllidir.
Xətai rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin baş mühəndisi Sahib Babayevin sözlərinə görə, həmin binalarda təmir işləri aparmaq mümkünsüz olduğu üçün onların söküntüsü nəzərdə tutulub. Həmin binalarda yaşayanlara isə kompensasiya veriləcək. Sahib Babayev söküntünün fərdi yaşayış evlərinə aid olub-olmayacağına da münasibət bildirib.
Qeyd edək ki, NZS qəsəbəsində aparılacaq söküntü işləri “Ağ Şəhər” layihəsinin tərkib hissəsidir.


Tarix: 29 fevral 2024
Baxış: 126

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş