Xəbər lenti
Reklam
Sənədsiz evlərlə bağlı gözlənilən CAVAB GƏLDİ - Bu tarixdə...
İllərdir həllini tapmayan sənədsiz evlər məsələsi yenidən gündəmdədir.
Gender.Az-ın məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev bu barədə açıqlama verib.
O, jurnalistlərin sualını cavablandırarkən bildirib ki, "sənədsiz qeyri-yaşayış təyinatlı tikililərin sayı təxminən 40 minə yaxındır. Lakin sənədsiz evlərin sayı ilə bağlı dəqiq rəqəm demək mümkün deyil". Eyni zamanda, sənədsiz tikililərlə bağlı işlərin nə vaxt yekunlaşacağı da bilinmir.
Dövlət Xidmətinin rəisi Mətin Eynullayev həmçinin fevral ayı ərzində Xankəndidə 40-a yaxın ictimai obyektin açılacağını bildirdi.
Qeyd edək ki, Qarabağda ümumilikdə torpaq sahəsinin ayrılması ilə bağlı 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib.
Gender.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Tarix: 30 yanvar 2024
Baxış: 137

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş