Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü - FOTO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüşüb.
Gender.Az xəbər verir ki, bununla bağlı B.Hayee "X" sosial şəbəkəsində paylaşım edib.
Görüşdə ölkələr arasında əməkdaşlığın gündəliyi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
"Pakistan-Azərbaycan dostluğu illər ərzində daha da dərinləşib və 2024-cü il ikitərəfli əlaqələrimizə yeni təkan verəcək", - səfir qeyd edib.
Tarix: 29 yanvar 2024
Baxış: 126
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş