Xəbər lenti
Reklam
UŞAQ PULU İLƏ BAĞLI QƏRARA YENİLİK! Artıq bu şəxslər də ala biləcək / AÇIQLAMA

Uşağa görə əlavəni məhdudiyyət qoyulmadan işsiz kimi qeydiyyata alınan bütün sığortaolunanlar alacaq.
Bu Milli Məclisin ötən günlərdə keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Azərbaycanda hər bir uşağa "uşaqpulu" verilməsi tələbi illərdir gündəmdən düşməyən müzakirə mövzusudur. El arasında "uşaqpulu" adlanan ödəniş - beynəlxalq təcrübəyə əsasən, hər bir uşağa ailəsinin gəlirinə əks mütənasib pul yardımıdır.
Azərbaycanda da hökumət müxtəlif qruplardan olan uşaqlar üçün ailələrə müavinət ödəyir. Ölkədə hər bir doğulan uşaq ailəsinin sosial statusundan asılı olmayaraq, birdəfəlik müavinət, yəni, uşaqpulu alır. Həmçinin, düşdüyü vəziyyətdən asılı olaraq, müxtəlif qrupdan olan uşaqlar müxtəlif yaşa çatanadək müavinət almağa davam edir.
Gender.Az-ın məlumatına görə, nəzərdə tutulan dəyişikliyin mahiyyəti haqqında Milli Məclisin deputatı Vüqar BayramovReferans.Az-a açıqlama verib.


“Qanuna edilən yeni dəyişikliklər sığortaya çıxış imkanlarını və əlçatımlılığı artıracaq. Digər tərəfdən isə bu sığorta növündən istifadə etmək imkanı yaradır. Çünki burada 3 istiqamət üzrə artıq vətəndaşlarımızın sığorta alması mümkün olacaq. Burada müəssisənin mülkiyyətçisi dəyişəndə, vətəndaş öz iş yerinə bərpa olunanda və o cümlədən, hərbi xidməti başa vurub işə qayıtdıqda da sığorta bərpa olunacaq, dövlət tərəfindən sığorta ödənişi həyata keçiriləcək”.

Deputat qeyd edib ki, burada əsas məqamlardan biri sığorta stajının azaldılmasıdır. Belə ki, Azərbaycanda əvvəllər ən azı 30 ay işləmək tələb olunurdu, lakin yeni qaydalara əsasən bu 24 aya qədər endiriləcək.


“Artıq 24 ay iş stajı olan şəxslər əgər işdən ayrılarlarsa, sığorta almaq imkanına malik olacaqlar. Burada sığortalanan vətəndaşdır. İşsiz olan hər bir vətəndaşımız işsizlikdən sığortalanır. O, iş yerini itirən zaman artıq sığorta almaq hüququna malik olur. Mühüm məqamlardan biri də burada daha çox vəsaitin vətəndaşlara ödənilməsidir”.

Deputat qərarın gələn ildən etibarən qüvvəyə minəcəyini də vurğulayıb.
 
Fidan Vəlisoy

Tarix: 13 dekabr 2023
Baxış: 112

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş