Xəbər lenti
Reklam
Paşinyan Azərbaycanın addımını “xoşməramlı jest” adlandırdı

"Humanizm dəyərlərinə əsaslanan və xoşməramlı jest olaraq Azərbaycan tərəfi 32 erməni hərbi qulluqçusunu azad edir. Öz növbəsində Ermənistan tərəfi də 2 Azərbaycan hərbi qulluqçusunu azad edir”.
Gender.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan "X” hesabında paylaşıb.
Bildirək ki, Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı azad edilməsi barədə razılıq əldə olunub.
Qeyd edək ki, razılaşmaya əsasən hazırda Ermənistanın əsir kimi saxlanılan azərbaycanlı hərbçilər Bəbirov Aqşin və Axundov Hüseyn azad ediləcək.

Tarix: 08 dekabr 2023
Baxış: 148

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş