Xəbər lenti
Reklam
Hansı bitki çayı nəyə xeyirlidir?

Bir çoxumuz evdə, ofisdə, məktəbdə bitki çayları içirik.
Yuxu problemlərindən tutmuş bir çox ruhi və fiziki narahatlığa faydalı olan bitki çayları səhv istifadə edildikdə zəhər də ola bilər.  Dietoloq Sanem Apa Doğan ən məşhur və bitki çaylarının faydalarından danışıb. onun sözlərinə görə praktik istifadəsinə görə çay paketlərinə üstünlük verilsədə, bu çayların təzə otlardan dəmlənməsi, gigiyenik mühitlərdə saxlanması və dəmləndikdən sonra 1 saat ərzində istehlak edilməsi çox vacibdir. Dərman vasitəsi olan bitki çayları düzgün istifadə edilmədikdə zərər  də verə bilər. bəs hansı bitki çayı nə üçün faydalıdır?
Yaşıl çay- Metabolik sürəti dəstəkləyir, qan şəkəri səviyyələrində sürətli artımın qarşısını alır və maddələr mübadiləsi sürətini tarazlaşdırır, performansa təsir edir, yorğunluğu və yuxululuğu aradan qaldırır.
Mate çayı- tərkibindəki antioksidantlarla immunitet sistemini gücləndirir, maddələr mübadiləsini sürətləndirərək iştahı boğaraq arıqlamağa kömək edir, qan dövranını sürətləndirir və sidikqovucudur.
Rozmarin çayı- bədəni toksinlərdən təmizləyir, ödemi aradan qaldırır, qaraciyərin yağlanmasının qarşısını alır, qəbizliyi aradan qaldırır, mədə problemlərində gündə ən az 1 stəkan istehlak edilməsi müsbət təsir göstərir.
İtburnu çayı- C vitamini ilə zəngindir, ödem təsirinə malikdir, pektin və meyvə turşuları yüngül ishala səbəb olur və həzmi asanlaşdırır.
Raziyana çayı- İngiltərədə bütün xəstəliklərə faydalı olduğuna inanılan 9 bitkidən biridir. Həzmə kömək edir, hamilə qadınlarda iştahı azaldır, laktasiya dövründə qadınlarda südü artırır, diş əti infeksiyasını aradan qaldırmağa kömək edir, öskürək və soyuqdəymədə istifadə edilir.
Melisa çayı- onun istehlakı narahatlığı aradan qaldırmaq və yuxunu təşviq etmək üçün tövsiyə olunur, məlumatı öyrənmək, saxlamaq və əldə etmək qabiliyyətini gücləndirir və Alzheimer xəstəliyinə qarşı qoruyur.
Zəncəfil çayı-termogen təsirini artıraraq yağ yandırmada təsirli olduğu onlarla araşdırma ilə də dəstəklənib. \\Saglamolun.Az

Tarix: 06 iyul 2023
Baxış: 181

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş