İş yerini qarşılıqlı dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesinin sənəd yoxlanışı mərhələsinə başlanılır.
Gender.Az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Qeyd edək ki, 28-29 sentyabr tarixlərində təşkil olunacaq prosesdə sənədlərin yoxlanılması mərhələsində 288 nəfər müəllimin iştirakı nəzərdə tutulur.
Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.
Tarix: 24 sentyabr 2026
Baxış: 28
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş