Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti Zeynəb Xanlarovanın səhhəti ilə bağlı məlumat yayılıb.
Yayılan məlumatlarda sənətçinin əməliyyat olunduğu iddia edilib.
Gender.az xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Zeynəb Xanlarova hazırda İstanbulda istirahət edir.
Mənbənin bildirdiyinə görə, Xalq artisti heç bir əməliyyat keçirməyib.
"Zeynəb xanım heç bir əməliyyat olunmayıb. Hər yay İstanbula istirahətə gəlir. Hazırda Bakıda "Formula-1"ə görə yollar bağlı olduğu üçün bu dəfə səfər müddətini bir qədər uzadıb. Əhvalı çox yaxşıdır və səhhəti ilə bağlı heç bir problemi yoxdur", - deyə mənbə bildirib.
Tarix: 23 sentyabr 2026
Baxış: 19
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş