Şəki və Qəbələnin bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.
Gender.Az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar sentyabrın 25-də saat 10:00-dan işlər yekunlaşanadək bir sıra ərazilərin qaz təchizatında fasilə yaranacaq.
Şəki rayonunda məhdudiyyət 123, 124 və 125-ci kvartalları, Olimpiya məhəlləsini, H.Muradov, T.Xəlilbəyli, İ.Mirzəyev, İ.Süleymanov, Təyyarə meydanı, S.Behbudov, İ.Məmmədov, N.Quliyev, H.Əfəndiyev, Y.Eldarov və E.İsmayılov küçələrini əhatə edəcək.
Eyni vaxtda Qəbələ rayonunun Nohurqışlaq kəndində də qaz təchizatı müvəqqəti dayandırılacaq.