Məşhur müğənni helikopter qəzasında həlak oldu
Braziliya xilasediciləri məşhur müğənni Geraldo António de Karvalyonu daşıyan vertolyotun qalıqlarını aşkar ediblər.
Gender.Az "G1" xəbər portalına istinadən xəbər verir ki, qəza zamanı bütün sərnişin və pilotlar həlak olublar.
Xilasedicilər de Karvalyo, iş adamı Bruno Avelar, onlarla birlikdə səyahət edən videoqraf və iki pilotun cəsədlərini tapıblar. Qəzanın səbəbi hələ müəyyən edilməyib.
Vertolyot 21 sentyabrda Porto Belodan San Joaquim bələdiyyəsinə yola düşüb, lakin təyinat yerinə çatmadan əlaqəni itirib. Qəza zamanı ərazidə yağış, güclü külək və duman olub.
Di Karvalyo Rik və Renner duetinin tərkibində Rik səhnə adı altında çıxış edib./teleqraf
Tarix: 22 sentyabr 2026
Baxış: 19
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş