Xəbər lenti
Reklam
ADY-də yeni təyinatlar oldu - FOTO

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-də yeni təyinatlar olub.
Gender.Az xəbər verir ki, bununla bağlı ADY sədri Rövşən Rüstəmov müvafiq əmrlər imzalayıb.
Belə ki, Kəmalə Hüseynova İnsan resursları departamentinin İşçilərlə əlaqələr şöbəsinin müdiri, Vüqar Səməndov isə Maliyyə departamentinin Vergi uçotu şöbəsinin müdir müavini vəzifəsinə təyin olunublar.
Qeyd edək ki, yeni təyinatadək K.Hüseynova İnsan resursları departamentində İstedadların idarə edilməsi şöbəsinin müdir müavini vəzifəsində çalışıb. V.Səməndov isə bu təyinata qədər "Cib Kapital İnvestisiya Şirkəti"ndə Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində işləyib./İqtisadiyyat.az

Tarix: 23 sentyabr 2026
Baxış: 22

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş