“Formula 1”ə görə Bakıya nə qədər xarici turist gəlib?
Ötən il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı yarış günlərində 14 min xarici turist Bakıya gəlib.
Gender.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Bildirilib ki, bu il “Formula 1” üzrə Azərbaycan Qran-prisi zamanı Bakıya gələn əcnəbi turistlərin sayı yuxarıda qeyd olunan rəqəmdən bir qədər çoxdur.
Bu isə onu deməyə əsas verir ki, “Formula 1”lə əlaqədar Azərbaycana gələn turistlərin sayı rekord göstəriciyə çatıb.
O da bildirilib ki, turistlər 100-dən çox ölkədən gəlib.
Rəsmi statistikaya görə, ötən il biletlərin 80%-dən çoxu əcnəbi turistlər tərəfindən alınıb.
Orta hesabla, yarış üçün Azərbaycana üz tutan hər bir turistin 2200 ABŞ dollarından çox vəsait xərclədiyi qeyd olunur.
Tarix: 23 sentyabr 2026
Baxış: 17
Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.
Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender
Xəbəri paylaş