Karvannews dietoloq Sevda Kazımova ilə müsahibəni təqdim edirik.
- Pandemiya dövründə insanlar oturaq həyata keçiblər. Bu da onlarda artıq çəkiyə, piylənməyə gətirib çıxardır...
- Pandemiyada çox insan evdən işlədiyinə görə, yuxudan gec oyanırlar və gecəni çox gec yatırlar. Normalda insan 7-8 saat yuxu yatmalıdır. Ancaq pandemiya dövrüdü deyə, insanlar evdə oturduqlarına görə rejimləri pozulur. Ona görə də qrilin harmonu ifraz olunur. Bu aclıq hissdir. Tez-tez atışdırma yeməklərinə təlabat artır. Biri var oturub normal yemək yeyəsən, biri də var atışdırma ilə yemək. Bu da birbaşa piylənməyə verir. Daha çox karbohidratlar yeyilir. Karbohidratlar – istər meyvə olsun, istər şirniyyatlar olsun hamısı piy əmələ gətirir. Ona görə də həm rejim, həm də düzgün qidalanmamaq piylənməyə gətirib çıxardır.
- Belə olan hallarda, həyatımızı necə nizama salmalıyıq?
- Yuxu ən əsasıdır. Ən geci saat 12-də yatıb, ən geci saat 8-də oyanmaqdır. Bu rejim təkcə pandemiyaya aid deyil, əsas sağlamlıqdır. Evdə oturaraq da bu rejimi həyatınıza tətbiq edə bilərsiniz. Daha gümrah olacaqsınız, daha sağlam olacaqsınız. Səhər yuxudan oyanıb ilk növbədə su içmək lazımdır. Bir bardaq ilıq su içmək mütləqdir. Yarım saat sonra yeməyə başlaya bilərsiniz. Bəzi insanlar səhər yeməyini sevmirlər, amma mütləqdir. Yuxu və yeməklərin saatlarını eyni zamanda tənzimləyib qidalanmaq daha doğrudur. Sağlamlıq baxımından çox vacibdir.
- Artıq çəkidən xilas olmaq üçün idman daha yaxşı üsuldu yoxsa deita?
- Təbii ki, idmanla. Dieta da olsa lap yaxşı. Ağır idmalara üstünlük verməmək lazımdır. Əzələ kütləsini yığmaq istəyirsə, bəylərimiz yaxud xanımlarımız, o zaman idmana üstünlük vermək olar. Artıq çəkini azaltmaq istəyirsə sadəcə açıq havada 2-3 saat yürüş etmək kifayət edər.
- Bəs idmandan neçə saat əvvəl və sonra qida qəbul etmək düzgündür?
- İnsan çəki azaltmaq istəyirsə, yeməkdən 20 dəqiqə sonra yürüyüşə çıxıb, gəzə bilər. Gəzməkdən sonra idman eləməlidir. Açıq hava da şərt deyil, təki hərəkət etsin, oynasın, yerisin, rəqs etsin. Daha sonra isə tezləşdirmək gərəklidir. Yox əgər çəkini artırmaq, yaxud da əzələ kütləsini yığmaq istyirsə ac qarınına idman eləməli, sonra yemək yeməlidir. İdmandan 20 dəqiqə sonra. O zaman əzələ kütləsi yığılır, istədiyimiz bədənə sahib oluruq. Burda bir nüans var ki, düzgün rejimlə, düzgün qidalanmaqla.
- Ümumiyyətlə, arıqlamaq istəyən şəxs hansı qidalardan imtina etməlidir?
- Arıqlamaq istəyən şəxlər un məmulatlarından, şirniyyatdan, şəkərdən uzaq durmalıdırlar. Karbohidratları azaltmaq lazımdır. İnsanın boyuna, yaşına, çəkisinə uyğun baxıb hesablayıb, sonra kalorisini deyə bilirik. Hər kəsə individual yanaşmalıyıq.
- Sağlam qidalanmaq və xəstəliklərdən uzaq olmaq üçün hansı prinsiplərə əməl etmək lazımdır?
- Yuxu və günün rejimi. Yeməklərin doğru vaxtda yeyilməsi, vaxtında yatıb-durmaq lazımdır. İnsan bu rejimdə qidalansa, yuxu yatsa bədənində yaranmış problemlərin öhdəsindən gələcək. Həmin insan özünü çox gümrah hiss edəcək. Mənim pasiyentlərim yazırdı ki, əvvəl yuxudan dura bilmirdik, yata bilmirdim, dərman istəyirəm. Rejimə düşəndən sonra yuxu rejimləri də qaydasına düşdü. Səhər yeməyindən sonra piyada gəzmək lazımdır. Həm də çalışmaq lazımdır ki, bir çox yerə piyada gedəsən. Nəqliyyatdan çalışıb az istifadə etmək lazımdır. Axşam yeməyindən sonra da azı saat yarım gəzmək lazımdır. Yemək zamanı maye içməyi məsləhət görmürəm. Düzgün qidalanmaq baxımından. Məsləhət göərədim ki, yeməkdən sonra çay içmək olar, amma az, daha düzgün etmək olar.
- Normalda insanlar gündə üç-dörd dəfə qida qəbul edilər. Sizcə gün ərzində neçə dəfə yemək lazımdır?
- Ən gözəl qidalanma elə üç-dörd dəfə olandır. Tam düzgündü, sadəcə olaraq düzgün yeməkləri seçsələr və sağlaq qidanı yeyərək ya çəkini azalmataq ya da saxlamaq mümkündür. Üç dəfədən az qida düzgün deyil. Artıq sağlam qidalanmaq deyil.
Bəzi xanımlar var ki, daha tez çəki atmalıdır, bəzi idmançılar var ki, daha tez çəkisini azaldıb, rəqib çəkisinə görə uyğunlaşdırmaq istəyir. Buna görə 2 gün aclıq elan edirik. Sonradan idmana gedən kimi yemək rejimi qaydasına düşür. Hətta bəzən 6 dəfə də yemək təklif edirik. Bu da insanın çəkisinindən, boyundan asılıdır.
- Siz nə qədər müddətə dietoloq xəstəni arıqlada bilirsiniz? Ona istədiyi çəkini verə bilirsiniz?
- Bu suala ümumiyyətlə, cavab verməkdən hər dəfə qaçmışam. Çünki bir insanı tanımadan, orqanizimini, harmonlarının necə olacağını bilmədən çox çətindi bunu demək. Əgər mən dediklərimin hamısını edərsə, düzgün qidalanarsa, ən azı normal arıqlamaq çəkisi ayda 4 kqdır. Ancaq 2 kq da atanlar var. Belələri çox vaxt rejimi pozurlar.
- Sonda insanların sağlam qalması üçün hansı məsləhtləri söyləyərdiniz?
- Gün ərzində 3 dəfə yemək, bir dəfə atışdırmaq, 2 dəfə də atışdırma olar. Mütləq səhər yeməyindən sonra yürüş. Axşam yeməyindən sonra gəzinti. Bunları etsəz istədiyiniz, arzuladığınız çəkiyə sahib olacaqsınız. Sağlamlıq baxımından yemək zamanı maye qəbul etməyin. \\Saglamolun