Xəbər lenti
Reklam
A vitamini haqda BİLMƏDİKLƏRİMİZ: Xərçəng riskini artıra bilər

A vitamininin həm çatışmazlığı, həm də artıq miqdarı xərçəng riskini yüksəldə bilər.
Yeni araşdırmaların nıticəsi bunu göstərib.
Endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, alimlər orqanizmdə U-şəkilli asılılıq aşkarlayıblar: belə ki, A vitamininin çatışmazlığı xərçəng riskini artırır, artıq dozası isə oxşar nəticələrə gətirib çıxarır. Vitaminin normadan artıq qəbulu mədədə, qida borusunda, döşdə və yoğun bağırsaqda bəzi şişlərin yaranma ehtimalını demək olar ki, iki dəfə yüksəldir.
Bundan başqa, A vitamininin həddindən artıq qəbulu ürəkbulanma, halsızlıq, baş ağrıları, sümüklərin tez sınması, qaraciyərin zədələnməsi ilə nəticələnə bilər.
Vitaminin optimal gündəlik qəbul miqdarı təxminən 85–104 mkq-dır. Bu göstərici xərçəng halları qeydə alınmayan nəzarət qrupunun orta göstəricisidir.
Həkim əlavə edib ki, A vitamini görməni, immuniteti, dəri və saçın vəziyyətini yaxşılaşdırır, sinir
sistemi və hüceyrə membranlarının inkişafında iştirak edir.
A vitamini əsasən bu mənbələrdə mövcuddur:
— Retinol (hazır forma, heyvani mənşəli məhsullar): kərə yağı, yumurta, yağlı balıq, süd məhsulları;
— Beta-karotin (provitamin, bitki mənşəli mənbələr): yerkökü, balqabaq, ispanaq, şirin bibər, brokkoli, ərik.
Zuxra Pavlova vurğulayıb ki, beta-karotin daha təhlükəsizdir: orqanizm yalnız lazım olan miqdarı çevrilmiş formada qəbul edir. O, həmçinin bildirib ki, A vitamini və digər yağda həll olunan vitaminlərin (D, E, K) əlavələrini yalnız həkim göstərişi ilə qəbul etmək lazımdır. Çox vaxt insanlar lazım olan vitamini gündəlik qidalanmadan alırlar, “profilaktik” doza isə əksinə, zərər verə bilər. \\Bizim.Media
Tarix: 10 sentyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş