Xəbər lenti
Reklam
İlon Mask “dünyanın ən varlı adamı” statusunu İTİRDİ

Amerikalı milyarder İlon Mask “dünyanın ən varlı adamı” statusunu itirib.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Belə ki, proqram təminatı istehsalçısı “Oracle” şirkətinin həmtəsisçisi Larri Ellison ilk dəfə olaraq dünyanın ən varlı insanı olub və İlon Maskı geridə qoyub. Ellisonun sərvəti 393 milyard dollara çatıb, Maskın sərvəti isə 385 milyard dollar təşkil edir.
Ellisonun bu qədər sürətli yüksəlişinə səbəb bir gündə kapitalının 101 milyard dollar artması olub.
Bundan əvvəl “Oracle” şirkətinin səhmləri 1999-cu ildən bəri ən sürətli artım tempini göstərmişdi.


Bizim.Media

Tarix: 10 sentyabr 2025
Baxış: 26

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş