Xəbər lenti
Reklam
Kardioloq sağlam yağların hansı qidalarda olduğunu açıqladı

Kardioloq Devid Sabgir sağlam qidalanmada yağlardan imtina etməyin düzgün olmadığını bildirib. 
Onun sözlərinə görə, xüsusilə doymamış yağlar ürək sağlamlığı üçün mühüm rol oynayır.
Həkim izah edib ki, mono doymamış yağlar "pis” xolesterinin səviyyəsini aşağı sala, "yaxşı” xolesterini artıra, trigliserid və qan təzyiqini azalda bilər. Sağlam yağların qida rasionuna daxil edilməsi ürəyi qorumağa, insult riskini azaltmağa və yeməkdən sonra daha uzun müddət toxluq hissi yaratmağa kömək edir.
Sabgir qeyd edib ki, bu yağlar orqanizmin A, D, E və K kimi yağda həll olunan vitaminləri mənimsəməsi üçün vacibdir. Onların çatışmazlığı yorğunluq, dəri quruluğu və zəifləmiş immunitetlə nəticələnə bilər.
Mütəxəssis sağlam yağların əsas mənbələri kimi qoz-fındıq, zeytun yağı, müxtəlif toxumlar və yumurtanı göstərib. O, avokadonun da xüsusi yer tutduğunu vurğulayıb: "Avokado yeganə meyvədir ki, sağlam yağlarla zəngindir, həm də tərkibində az miqdarda doymuş yağ, şəkər və natrium var, xolesterin isə ümumiyyətlə yoxdur”.
Kardioloqun fikrincə, doymamış yağlar qidalanmanın vacib elementi kimi qəbul edilməlidir. "Növbəti dəfə qəlyanaltı etmək istədikdə bir ovuc qoz-fındıq və ya avokado ilə yumurtalı tost seçin. Ürəyiniz sizə minnətdar olacaq”, deyə Sabgir əlavə edib. \\Qaynarinfo 

Tarix: 06 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş