Xəbər lenti
Reklam
Əlillik pensiyası almaq istəyənlərin nəzərinə

Əlilliyi müəyyən edilən şəxslərə əmək pensiyası verilir. Bəs əlilliyə görə əmək pensiyası təyin olunması üçün nə qədər əmək stajı lazımdır?
Orqanizmin funksiyalarının 81-100 faiz pozulduğu üçün əlilliyi müəyyən edilən şəxslərə pensiya yalnız o halda təyin olunur ki, onların ümumi sığorta stajı 5 ildən az olmasın. Həmçinin əmək qabiliyyətli yaş dövründə hər tam il üçün azı 4 ay sığorta stajı toplanmalıdır.
Əlilliyi 31-80 faiz arasında olan şəxslərə isə pensiya yalnız fərdi hesabda yığılan vəsait minimum pensiya məbləğini ödəməyə bəs edərsə verilir. Bu zaman da eyni şərt tətbiq olunur – sığorta stajı 5 ildən az olmamalı və hər il üçün 4 ay staj olmalıdır. \\Metbuat.az

Tarix: 10 sentyabr 2025
Baxış: 24

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş