Xəbər lenti
Reklam
Ermənistanın hərbi büdcəsi azalacaq


Ermənistan 2026-cı ildə müdafiə xərclərini azalda bilər.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə bildirib.
O qeyd edib ki, 2026-cı ildə müdafiə xərcləri 2024-cü illə müqayisədə təbii artım nümayiş etdirəcək. "Biz 2026-cı ildə müdafiə xərclərini 2025-ci illə müqayisədə isə artırmağı deyil, əksinə, azaltmağı planlaşdırırıq", - baş nazir qeyd edib.
N.Paşinyan əlavə edib ki, Ermənistan 2024-cü ilin büdcəsi ilə müqayisədə 2025-ci ildə müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb:
"Bu artım müəyyən təxirəsalınmaz ehtiyaclarla bağlı olub. Məsələn, biz 2030 və ya 2035-ci ildə ödəməli olduğumuz borcları və öhdəlikləri azaltmağı məqsədəuyğun hesab etdik", - o qeyd edib.
Qeyd edək ki, 2025-ci ildə Ermənistanın müdafiə xərcləri 20% artaraq 664 milyard dram (1,71 milyard dollar) təşkil edib. \\Bakupost.az
Tarix: 10 sentyabr 2025
Baxış: 23

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş