Xəbər lenti
Reklam
Bakıda bu müəssisə bağlandı

“2 nömrəli Sənaye Kombinatı” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətinə xitam verərək ləğv olunduğunu elan edib.
Gender.az “Yeni Sabah”a istinadla xəbər verir ki, VÖEN-i 3100113731 olan şirkətin kreditorları qarşıdakı iki ay ərzində öz tələblərini Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, ev 139 (AZ1029) ünvanına bildirə bilərlər.

Qeyd edək ki, ləğv qərarından əvvəl, 2026-cı ilin aprel ayında “Dəmir-beton zavodu” (VÖEN: 1000074481) fəaliyyətinə xitam verərək bu kombinata qoşulmuş və onun bütün hüquq və vəzifələri təhvil aktı ilə “2 nömrəli Sənaye Kombinatı” MMC-yə keçmişdi.
Tarix: 17 noyabr 2026
Baxış: 35

Gender.az © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
İnstagram: Gender
Facebook: Gender

Xəbəri paylaş